“MEDİAlab” layihəsi çərçivəsində təşkil ediləcək növbəti seminara qeydiyyat başladı!

“MEDİAlab” layihəsi çərçivəsində təşkil ediləcək növbəti seminara qeydiyyat başladı!

Bəyəndim (0) Bəyənmədim (0)

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə xarici ekspert Tatyana Ravalli tərəfindən “Xəbərin gələcəyi: Rəqəmsal dövrdə jurnalistikanın gələcəyi ilə bağlı tendensiyalar” mövzusunda seminar keçiriləcək.

Tarix: 5 may 2023
Saat: 16:00-17:00
Ünvan: ADA Universiteti, A korpusu, 302-ci otaq

Seminarda iştirak etmək istəyənlər https://media.gov.az/fealiyyet/layiheler/MEDAlab-layihesi/

Qeydiyyat 4 may saat 16:00-dək davam edəcək.

Digər xəbərlər