Bütün erməni məmurları rus agentidir - Muradyan

Bütün erməni məmurları rus agentidir - Muradyan

2 May 2016 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilərin rusiyayönlü oriyentasiyası olmayıb.

Bu sözlər erməni jurnalist İqor Muradyanın Ermənistan mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Ermənistan rəhbərliyində güclü rus agenturası mövcuddur:

"Ermənistanda şaxələnmiş rus agenturası var ki, onlar ölkə administrasiyasının ən yüksək qatlarında əyləşiblər. İstənilən erməni məmuru və generalını cəsarətlə rus agenti adlandırmaq olar. Amerikalılar bu işdən yaxşı baş çıxardılar və onların erməni mafiyasını məhv etmək üçün öz planları var. Rusiya agenturası yüksəkçinli məmurlar və şübhəsiz ki, onların övladlarıdır. Ermənistanın Avropa Birliyinə inteqrasiyasının qarşısını da bu agentura alır.

Ermənistanda "gənc türklər" meydana gəldi. Yəni Qərbə meyil edən gənc məmurlar yarandı. Əslində isə onlar da rus agenturasının nümayəndələri idilər. Onlar administrasiyada necə peyda olublar? Onları kim qoruyur? Belə rəhbərliklə ölkənin gələcəyi necə olacaq?" (axar)

Mediainfo.az