Şəhid əsgərimiz dəfn olundu - FOTO

Şəhid əsgərimiz dəfn olundu - FOTO

4 May 2016 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Silahlı Qüvvələrimizin mayın 3-də şəhid olan əsgəri Yüzbəyov Əmrah Aydın oğlu dəfn olunub.

Şəhid Əmrah Yüzbəyov Xaçmaz rayonunun Hacıməmmədoba kəndindəki məzarlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində MN-nin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

Allah rəhmət eləsin!

Mediainfo.az