Hərbçilərimizin "Beynəlxalq Ordu Oyunları-2016" yarışlarında çıxışları davam edir

Hərbçilərimizin "Beynəlxalq Ordu Oyunları-2016" yarışlarında çıxışları davam edir

1 Avqust 2016 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan tankçıları "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" yarışlarına qatılıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin ikinci günündə Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistan tank heyətləri fərdi ustalıqlarını nümayiş etdiriblər.

"Fərdi sürücülük" mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarışların yarımfinalına çıxmaqla "Estafet" mərhələsində iştirak etmək hüququ qazanacaq.

Bundan başqa iyulun 31-də Dağıstanın Kaspiysk şəhərində suüstü gəmi heyətlərinin "Xəzər kuboku - 2016" beynəlxalq hərbi-dəniz müsabiqəsinə start verilib. "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edir.

Qeyd edək ki, "Xəzər kuboku - 2016" üç mərhələdən ibarətdir. Bunlar gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz vərdişləri və xilasetmə hazırlığı üzrə yarışlardır.

Müsabiqənin qalibləri avqustun 11-də müəyyən olunacaq.

Mediainfo.az