Türkiyə səfiri Azərbaycanın Müdafiə Nazirliyində olub

Türkiyə səfiri Azərbaycanın Müdafiə Nazirliyində olub

3 Avqust 2016 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.

Müdafiə Nazirliyinin saytı bildirir ki, görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mediainfo.az