Azərbaycan MN: Düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu yaralanıb

Azərbaycan MN: Düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu yaralanıb

5 Avqust 2016 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Mediainfo.az