Xocalı qətliamı Almaniyada da anıldı - FOTO
Belə ki, fevralın 26-da Almaniyanın Mayns şəhərinin baş meydanı "Gutenbergplatz"da Xocalı faciəsinin 23-cü ildönümü qeyd edilib. Tədbirin təşkilatçısı, Mayns şəhər bələdiyyəsinin Yabançılar məclisinin üzvü, soydaşımız Sarvan Rizvanov Mediainfo.az-a məlumat verir ki, burada Xocalı faciəsini özündə əks etdirən foto-sərgi qurulub, erməni quldurları tərəfindən dinc yerli əhalinin vəhşıcəsinə öldürmələri haqqında xüsusi vərəqlər şəhər sakinlərinə və şəhəri ziyarət edən qonaqlara paylanıb. Onun sözlərinə görə, anım mərasimində Türkiyənin Mayns şəhərindəki Baş konsulu Eser Torun da iştirak etmişdir.
Tədbirdə çıxış edən Baş konsul bildirmişdir ki, Türkiyə hər zaman Azərbaycanın problemlərinin yanındadır. "Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Bunun üçün bu tədbirləri tez-tez keçirmək lazımdır" - deyə Baş konsul bildirib.
Sarvan Rzayev qeyd edir ki, bu il ermənilərin dunyada yalançı erməni soyqırımının 100 illiyini qeyd etdiyi bir zamanda, yaxın tariximizdə xalqımızın yaşadığı faciələri bəynəlxalq aləmə çatdırılmasında xaricdə yaşayan hər bir soydaşımız öz üzərində məsuliyyət hiss etməlidir. Qərara alınıb ki, dinc əhaliyə qarşı erməni-rus qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərin tezliklə beynəlxalq hüquqi qiymətini alması üçün beynəlxalq qurumlar qarşısında ciddi tələblər qoyulsun.
Anım mərasimində Rein-Main bölgəsində yaşayan gənc soydaşlarımız xüsusi fəallıq nümayiş etdiriblər.
Hazırladı: Könül Aypara
































































































