Hindistanda Covid təhlükəsi artmaqda davam edir: Maskataxma məcburi ola bilər

Hindistanda Covid təhlükəsi artmaqda davam edir: Maskataxma məcburi ola bilər

23 Dekabr 2022 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistan səhiyyəsi vətəndaşları bir daha kovid məhdudiyyətlərinə, o cümlədən maskaların taxılmasına riayət etməyə çağırır

Oxuməni.az xəbər verir ki Ümumdünya Səhiyyə Təşkilatı son həftələrdə Pekin və Çinin digər şəhərlərindəki xəstəxanalar yeni Covid-19 - a tutulmuş xəstələrlə dolduğunu bildirib.

ÜST-nin fövqəladə hallar departamentinin rəhbəri Maykl Ryanın sözlərinə görə, Çin səlahiyyətliləri, yoluxmaların sayının nisbətən az olduğunu, lakin Çindəki təcili yardım və xəstəxanaların otaqlarının sürətlə dolduğunu söyləyiby.

Bu fonda qonşu Hindistanın sakinlərini yenidən maskalar taxmağa və pandemiya zamanı tövsiyə olunan qaydalara riayət etməyə, həmçinin ehtiyat tədbiri olaraq peyvəndin vurulmasına çağırır.

Çin ilk dəfə ölkəyə xarici peyvəndin alınmasına icazə verib, çərşənbə günü Alman Pfizer / BioNTech-in ilk partiyası oraya gətirilib.

Rusiyada poliklinikalara müraciətlərin sayı da kəskin şəkildə artıb, orada covid , qripin mövsümi epidemiyaları ilə üst-üstə düşüb, nəticədə poliklinikalara yük bu ilin əvvəlindəki pandemiya dövrü ilə müqayisədə demək olar ki, 50% artıb. Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Çində xəstəliyin artması minlərlə insanın iki həftə əvvəl ölkəni bürümüş sərt tədbirlərə və kilidləmələrə etiraz etməsindən sonra bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqələndirilir.

Pandemiya zamanı Çin, bir çox digər ölkələrdən fərqli olaraq, peyvəndlərə deyil, "sıfır covid" siyasətinə arxalanırdı. Hətta 1 nəfər xəstəyə görə bir neçə milyon əhalisi olan şəhərləri bağlayırdı.

Eyni zamanda, Çin xaricdə istehsal olunan peyvəndlərdən istifadə etmədi, ancaq öz ihtehsalı olan peyvəndlərdən istifadə edirdi, onların da təsiri çox zəif olduğu bildirilir. Sərt məhdudiyyətlər yumşaldıldıqdan sonra xəstəliyin sayı və xüsusilə həssas olan yaşlılar arasında yüksək ölüm halları kəskin şəkildə artmağa başladı.

ÜST-nin rəhbəri Tedros Adhanom Ghebreyesus Çindəki vəziyyətdən çox narahat olduğunu və Pekini xəstələrin sayı, şiddəti, xəstəxanaya yerləşdirilmələr və reanimasiya şöbələrində vəziyyət haqqında daha çox məlumat verməyi tələb edir.

Göründüyü kimi, Çində Omicron-un alt variantı olan BF.7-nin səbəb olduğu Covid-19 xestəliyindən danışırıq. Ölkənin səlahiyyətliləri, artıma baxmayaraq, ölümlərin sayının az olduğunu söyləyirlər.

Emin Axund, Oxuməni.az