ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden iki bədxassəli şişdən əməliyyat olunub

ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden iki bədxassəli şişdən əməliyyat olunub

12 Yanvar 2023 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden iki bədxassəli dəri şişindən əməliyyat olunub.

Oxuməni.az xəbər verir ki, bu haqda Ağ Evin həkimi Kevin O'Konnor bildirib.

O'Connor-un yazdığına görə, şişlər dəri xərçənginin ən çox yayılmış forması olan bazal hüceyrəli karsinoma idi.

Şişlər 1930-cu illərdə Frederik Mohs tərəfindən hazırlanmış üsula olaraq, mikroqrafik əməliyyatla (yəni mikroskopdan istifadə etməklə) müvəffəqiyyətlə çıxarılıb. "Mohs" əməliyyatı zamanı cərrah şişin izi qutarana qədər, ardıcıl olaraq dərinin təbəqələrini lay-lay çıxarır. Adətən xəstə həmən gün evə gedə bilər.

Cil Baydenin əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğu bildirilir.

İllik planlı müayinə zamanı Cil Baydenin sağ və sol gözlərində şişlər aşkar edilib. Bəd xassəli xərçəngə çevrilmək təhlükəsi ilə üzləşən xəstə, dərhal əməliyyat olunub.

Dəri xərçəngi hər il 3,6 milyon amerikalıda diaqnoz qoyulur və xərçəngin ən çox yayılmış formasıdır. Belə şişlər vaxtında aşkar edilərsə, müalicə edilə bilər və xəstəyə minimal zərər verər.

Prezident Co Bayden həyat yoldaşını xəstəxanaya müşayiət edib.

Keçmişdə Baydenin özü bir neçə bədxassəli dəri şişini əməliyyat edərək çıxartmışdı.

E. Axund, Oxuməni.az