Uşaqlar da daxil olmaqla 18 nəfər həyatını itirib

Uşaqlar da daxil olmaqla 18 nəfər həyatını itirib

27 Yanvar 2023 08:19
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Karaçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlikdən azı 10-u uşaq olmaqla 18 nəfər ölüb. Pakistan mətbuata istinadən verilən xəbərə görə, 10-25 yanvar tarixlərində Karaçinin Kimari bölgəsində ən az 10-u uşaq olmaqla 18 nəfər tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlikdən həyatını itirib. Rəsmilər rayonda yağ, piy və xam dəmir zavodlarının fəaliyyət göstərdiyini bildiriblər. Xəstələrdə görülən tənəffüs çatışmazlığının bu fabriklərdən çıxan “zəhərli qazların” səbəb olduğu düşünülür. İstintaq çərçivəsində 3 fabrik bağlanıb, 4 nəfər saxlanılıb. Sözügedən qaz və digər kimyəvi maddələr araşdırılır.

Murad Şahməmmədov