Son zamanlar uşaqlar arasında surətlə yayılan xəsləlik haqqında

Son zamanlar uşaqlar arasında surətlə yayılan xəsləlik haqqında

22 Fevral 2023 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Həkimlər qripə oxşar simptomlara malik olan “Strep A” virusunun son zamanlar uşaqlar arasında surətlə yayılması haqqında müxtəlif fikirlər söyləyirlər. Bu xəstəlik qriplə oxşar simptomlara malik olduğu üçün çox vaxt qrip kimi bir-biri ilə qarışdırıla bilir. “Strep A” virusuna yoluxanlarda qripdə olduğu kimi qızdırma, baş ağrısı, yorğunluq, quru öskürək, boğaz ağrısı, burun axması və əzələ ağrıları olur. Bu virusa yoluxanlarda ən çox qızdırma, dəridə qırmızıya bənzər səpgilər, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi, damaqda qırmızı ləkələr, halsızlıq, yorğunluq, üşümə, titrəmə, əzələ ağrıları və baş ağrılarıkı kimi əlamətlər olur. İlk olaraq soyuqdəymə kimi bilinən bu virus burun axması, küy səsi, zəiflik, öskürək, baş ağrısı, boğaz ağrısı kimi simptomlar verə bilir. Bu virusa yoluxanların əksəriyyətində quru öskürək, nəfəs darlığı, susuzluq və tənəffüs çətinliyinə səbəb olan simptomlar aşkar edilir. Bəzi xəstələrdə isə hətta ishal kimi simptomlar da olur. Belə simptomlar aşkar olunduğu zaman mütləq həkimə müraicət edilməlidir ki, sonradan ağır fəsadlarla qarşılaşmayasınız.

Murad Şahməmmədov