Şüyüd çayının körpələr üçün faydaları

Şüyüd çayının körpələr üçün faydaları

16 Mart 2023 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün körpəli analara tövsiyyə məqsədi ilə razyana çayının körpələr üçün faydaları haqqında araşdırma nəticələrini Sizlərlə paylaşıram.

Körpələrdə qaz problemi analar üçün böyük problemdir. Körpələrin qaz ağrılarından əziyyət çəkməsi və anaların bunu necə aradan qaldıracağını bilməməsi narahat proseslərin başlayacağından xəbər verir. Bu zaman şüyüd çayı möcüzəvi dərman kimi qarışığımıza daxil olur. Şüyüd çayı həm körpələrin qaz ağrılarına çarədir, həm də anaların südünü artırmasına kömək edir. Körpələr üçün şüyüd çayını necə hazırlamaq olar? Körpələrin şüyüd çayından istifadə etməsi zərərlidirmi? Budur sizin üçün tövsiyələrimiz…

Şüyüd bitkisindəki komponentlər çox yumşaq olduğu üçün körpələrə şüyüd çayı içmək zərərli hesab edilmir. Ancaq mövzu körpələr olduğu üçün ilk növbədə pediatra müraciət etməkdə fayda var. İndi isə keçək şüyüd çayının hazırlanma reseptinə…

Şüyüd çayı alın. Və ya bitki almısınızsa, isti suya atın. Bir kiçik çay stəkanı üçün bir çay qaşığı şüyüd kifayətdir. Suda 5 dəqiqə gözlədikdən sonra suyu boşaltın. Çayın temperaturu körpənizin içməsi üçün kifayət qədər normal olana qədər gözləyin. Sonra 6-12 aylıq körpələr üçün 1-2 qram içmək. 1-4 yaşlı qruplarda 2-3 qram içmək. 4 yaşından sonra 4 qram içmək olar. Nəzrinizə çatdıraq ki, hazır çay paketlərində 1,5-3 qram şüyüd var. Amma yaxşı olar ki, şüyüd çayını özünüz yuxarıda göstərdiyimiz qaydada hazırlayasınız.

Murad Şahməmmədov