Sarımsaq və balın yaratdığı möcüzələr

Sarımsaq və balın yaratdığı möcüzələr

29 Mart 2023 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Sarımsaq və bal qədim zamanlardan tibbdə istifadə edilmişdir. Xəstəliklərdə bitki mənşəli müalicələrə üstünlük verən insanların tez-tez istifadə etdiyi bu ikisi adətən ayrı-ayrı istehlak edilsə də, birləşdirildikdə möcüzəvi təsirlər yaradır. Sarımsağın və balın bütün faydaları birləşərək xəstəliklərdən tam qorunma təmin edir. Ancaq bu qarışığı hazırlamazdan əvvəl istifadə edəcəyiniz hər iki materialın da orqanik olduğundan əmin olmalısınız. Ac qarına içilməsi tövsiyə edilən bu qarışım təbii şəfa mənbəyi olaraq görülür.

Bir stəkan bala on diş çiy sarımsağı xırda doğrayıb bankaya atın. Sonra bir xörək qaşığı ilıq su əlavə edib qarışdırın və 7 gün ərzində hər səhər istehlak edin. 1,5 həftəlik fasilədən sonra 7 gün təkrar istehlak edin. Qarışığı otaq temperaturunda saxlayın.

Bu iki qida maddəsi qanın laxtalanmasının qarşısını alır. Xüsusilə tromboz və varikoz damarlarının yaranmasının qarşısını alır. Tərkibindəki kükürd maddəsi bədəndəki qan dövranını tarazlaşdırır. Ürək sağlamlığına mənfi təsir edən yüksək təzyiq xəstəliyində qan axını balanslaşdırır. Bu qarışıq qan axını tarazlaşdırdığı üçün yüksək təzyiq və əlaqəli ürək xəstəlikləri riskini azaldır. Çiy sarımsaq “alisin maddəsi” ilə çox zəngindir. Bu maddə damarlarda yığılan pis xolesterini təmizləyərək qan dövranını dəstəkləyir. O, həmçinin trigliserid səviyyələrini tarazlıqda saxlayır. Mütəxəssislər bu qarışığı bədəndə balanssız iltihab nəticəsində yaranan xroniki xəstəlikləri azaltmaq üçün tövsiyə edirlər. Bundan əlavə, bu qarışıq əzələ xəstəlikləri üçün təbii ağrı kəsici olur. Hər iki qidada yüksək miqdarda antimikrob maddələr olması immunitet sistemini gücləndirir və orqanizmin zərərli hüceyrələrə qarşı müdafiəsini artırır. İnfeksiya virusunun yaratdığı boğaz iltihabının da qarşısını alan bu möcüzə qarışığı davamlı öskürək üçün təbii müalicə kimi də istifadə olunur.

Murad Şahməmmədov