XƏRÇƏNGİN QARŞISININ ALINMASI ÜÇÜN TƏDBİRLƏR

XƏRÇƏNGİN QARŞISININ ALINMASI ÜÇÜN TƏDBİRLƏR

7 Aprel 2023 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Həkim Burak Civelek, ailə faktorları xaricində xərçəngdən qorunmaq üçün tədbirlərin olduğunu qeyd edərək, "Hər bir insanın xərçəngə tutulma riski var. Ancaq bəzi tədbirlərlə insanlar xərçəngə tutulma riski azaldıla bilər. Xərçəng riskini azaltmaq üçün 4 əsas tövsiyə var ki, bunu insanlar edərək xərçəng riskini yüzdə 50-yə yaxın azalda bilər. Bu çox ciddi bir nisbətdir" deyəyək bildirib.

Bu tövsiyələrin çətin olmadığını vurğulayan Civelek dediklərinə edərək "Xərçəng riskini azaltmaq üçün dörd tövsiyədən ən əhəmiyyətlisi siqaretdən uzaq durmaqdır. Hazırda ağciyər xərçəngi qadınlarda ən çox görülən və öndə gedən ölüm səbəbidir. Kişilərdə isə bunun üçün bilinən ən böyük risk faktoru siqaretdir. Digər ehtiyat tədbiri nizamlı idman etməkdir. Daima televizor qarşısında oturmaq və müntəzəm idman hərəkətləri etməmək xərçəng riskini artırır. Üçüncü, balanslı və nizamlı qidalanma. Qidalanma zamanı mümkün qədər çox meyvə-tərəvəz qəbul etmək, ideal çəki saxlamaq profilaktik tədbirlərdəndir. Son olaraq günəş şüalarına diqqət yetirin. Ehtiyatlı olun, əlavə günəş şüalarına məruz qalmamağa çalışın. Çünki bu, dəri xərçəngi riskini artırır. İnsanlar bu 4 amilə diqqət yetirməklə xərçəng riskini yarıya endirə bilər”.

Murad Şahməmmədov