Hərəkətsizlik bir çox xəstəliklərin əsas mənbəyidir

Hərəkətsizlik bir çox xəstəliklərin əsas mənbəyidir

1 May 2023 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

"NEU DESAM" Araşdırma İnstitutunun dövri konfranslar silsiləsi çərçivəsində təşkil edilən “Fiziki hərəkətsizlik: Şəkərə aparan yolun molekulyar daşları” mövzusunda konfransında gündəlik həyatda hərəkətsizliyin şəkərə təsirləri bütün detalları ilə müzakirə edilib. Hacettepe Universiteti İdman Elmləri Fakültəsindən Professoru Heydər Dəmirəlin keçirdiyi konfransda Yaxın Şərq Universitetinin rektoru Professor Tamer Şanlıdağ da daxil olmaqla bir çox akademik və tələbə tədbiri yaxından izləyib. Sağlam şəkildə formada qalmaq üçün hərəkət etməyin vacibliyini ortaya qoyan bir çox elmi araşdırmanın olduğunu vurğulayan Professor Dəmirəl insanların hərəkətdə qalmaqla bir çox xəstəlikdən qoruna biləcəyini vurğulayıb. Dəmirəl şəkərin də bu xəstəliklərdən olduğunu bildirib. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, hərəkətsizliyin bir çox ölkədə sürətlə yayıldığını və xərçəng, ürək-damar xəstəlikləri, piylənmə, 2-ci tip şəkər və osteoporoz kimi bir çox xəstəliyin artmasına səbəb olduğunu bildirib.

Fiziki fəaliyyətin şəkər xəstəliyinə molekulyar təsirini müxtəlif araşdırma və təcrübələrlə izah edən Professor Haydar Dəmirəl, sağlam həyat üçün hərəkətin keyfiyyətinin də hərəkət qədər əhəmiyyətli olduğunu ifadə edərək, "Sağlam qalmaq istəyirsənsə, saatda 5 kilometr sürətlə yeriməyi bacarmalısan" deyə bildirib.

Oxumeni.az