Televizora yaxın məsafədən baxmaq gözə zərər verirmi?

Televizora yaxın məsafədən baxmaq gözə zərər verirmi?

15 May 2023 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

İnsanlar arasında belə bir fikir var ki, televizora yaxından baxmaq gözləri korlayır. Valideynlərin tez-tez işlətdiyi ifadə olsa da, oftalmoloqlar bildirirlər ki, yaxından və uzaqdan televizora baxmaq gözə zərər vermir, sadəcə yorğunluq yaradır.

Siz tez-tez valideynlərin uşaqlarını televizora yaxından baxmamaq barədə xəbərdarlıq etdiyini eşidirsiniz. Bu mif hələ də valideynlər arasında çox populyardır, lakin bu doğru deyil.

Televizora yaxın məsafədən baxmaq gözə zərər verməsə də, yorucudur. Ekrana yaxından baxmaq gözlərin təsviri kəskinləşdirməsini çətinləşdirir. Gərgin göz əzələlərində yorğunluq, baş ağrısı və hətta ürəkbulanma baş verə bilər. Televizora baxmaq məsafəsi ekranın ölçüsündən asılıdır. Orta hesabla 2 və ya 2,5 metr məsafə gözlərdə rahatlığı təmin edir.

Bir çox valideynlər uşaqlarda göz səhhətində yaranan problemləri yaxın məsafədən televizora baxmaqla əlaqələndirsələr də, ekspertlər bildirirlər ki, uşaqlar sadəcə daha yaxşı görmək istəyinə görə bu şəkildə televizora baxmağa üstünlük verirlər.

Mütəxəssislər daha bir məqam kimi getdikcə kiçilən kompüter, telefon, planşet kimi ekranların gözü daha çox yorduğunu bildirirlər. Ekranın göz üçün kiçik olması itilənmə problemlərinə, qırpma refleksinin azalması isə gözlərdə quruluğa səbəb ola bilər. Yekun olaraq qeyd edək ki, televiziya göz sağlamlığı üçün təhlükə deyil, eyni şey göz əzələlərimizi yoran kiçik ekranlar üçün keçərli deyil. Ancaq mütəxəssislər uşaqların yaxından televizora baxmağa başlamasının bunun yeni başlayan göz sağlamlıq problemlərinə işarə etdiyini vurğulayır.

Murad Şahməmmədov