Xərçəng xəstələri yeni dərmanlar sayəsində sevinəcək

Xərçəng xəstələri yeni dərmanlar sayəsində sevinəcək

18 May 2023 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

İmmunitet sisteminin xərçənglə mübarizə aparmasına kömək edən ağıllı dərmanlar və İmmunoterapiya ilə zamanımızın xəstəliyi olan xərçəngin müalicəsində yeni bir mərhələyə qədəm qoyulub. 71 yaşlı Güven Alkurt yeni müalicə üsulları sayəsində ağciyər xərçənginin 4-cü mərhələsini məğlub edib. 71 yaşlı təqaüdçü bankir Güven Alkurta 2016-cı ildə ağciyər xərçəngi diaqnozu qoyulub. Alkurtun müalicəsinə başlayan həkim Başak Oyan Uluç, “Ağciyərində kütlə var idi. Beyində yalnız bir metastaz olduğu üçün xəstəmizin o zaman əməliyyat olma şansı var idi. Gələndə ümumi vəziyyəti yaxşı idi. Epilepsiya tutmaları keçirirdi. Onun üçün epilepsiya dərmanından istifadə edirdik. Biz müayinə etdikdən sonra əslində həm beynindəki kütləni, həm də ağciyərdəki kütləni əməliyyat etdik. Sonra profilaktik məqsədlə kimyaterapiyaya başladıq. Kimyaterapiyadan sonra beyin yenidən metastaz verdi. Ağciyər xərçəngi sahəsində inkişaflar çox sürətlə irəliləyirdi”. Bu dəfə ağıllı dərmanlar və immunoterapiya müalicəsi verildiyini bildirən Uluç, "İmmunoterapiya alandan sonra qanda xərçəng hüceyrəsi qalmadı. Çünki həmin immunoterapiya orqanizmin immun sistemi ilə birlikdə qandakı bütün hüceyrələri tutur və xərçəngi, belə demək mümkünsə, piranya balığı kimi məhv edir. İki il müalicə 2020-ci ildə tamamlandı. Artıq 3 ildir ki, pasiyentimizi dərmansız müalicə edirik. Hələlik heç bir xəstəlik əlaməti olmadan nəticəni izləyirik. Ağciyər xərçəngi sahəsində irəliləyişlər çox sürətlə irəliləyir. Hər gün bazara yeni dərmanlar gəlir. Xərçəngin mexanizmini öyrəndikdən və xərçəngə səbəb olan gen dəyişikliklərini aşkar etdikdən sonra, indi onları hədəf alan dərmanlardan istifadə edirik. Bunlar xalq arasında ağıllı dərmanlar kimi tanınır. Bu gen dəyişikliyi olan xəstələrdə müalicələrlə çox yaxşı nəticələr əldə edirik. İmmunoterapiya immun hüceyrələrini aktivləşdirir, öz immun hüceyrələrinin xərçəng hüceyrələrinə hücum etməsinə səbəb olur. Belə aktivləşmədən sonra da xəstələrimizdəki şiş tamamilə yox ola, geri qayıtmaya da bilər”.

Nəzərinizə çatdıraq ki, bu gün Güven Alkurt köhnə sağlam həyatına qayıdıb. Kimsənin ümidini itirmədiyini deyən Alkurt, "Həkimimin təsirli müalicəsi ilə həyatımı çox xoşbəxt və maneəsiz davam etdirə bilirəm. Buradan sağ-salamat çıxacağam deyərək, pozitiv enerji ilə işə başlamaq lazımdır. İnsanların mənə ehtiyacı var" deyə bildirib.

Murad Şahməmmədov