İmplant sayəsində iflic olan adam yenidən ayağa qalxdı

İmplant sayəsində iflic olan adam yenidən ayağa qalxdı

25 May 2023 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

İflicli adamlar yeni elektron beyin implantları sayəsində düşünəcək, ayağa qalxacaq və yeriyəcəklər. Hələ sınaq mərhələsində olan araşdırmaya imza atan elmi işçilər, məqsədlərinin layihəni laboratoriyadan çıxarıb ən qısa zamanda klinikaya aparmaq olduğunu bildiriblər.

Hollandiyadan olan 40 yaşlı Gert-Jan Oskam 12 il əvvəl velosiped qəzası nəticəsində iflic olmuşdu. Onun cərrahiyyə əməliyyatında implantasiya edilən elektron onurğasına ikinci implant vasitəsilə, fikirləri naqilsiz şəkildə qollarına və ayaqlarına ötürülüb. Hələ eksperimental mərhələdə olan sistem Oskamı ilə ikl dəfə sınaqdan keçib. “Özümü yenicə yeriməyi öyrənən uşaq kimi hiss edirəm. Mən də indi ayağa qalxıb pilləkənləri qalxa bilirəm. Uzun bir yol oldu, amma indi dostumla qalxıb çölə çıxa bilirəm. Çoxlarının fərqinə varmadığı bir zövqdür” deyə Oskam fikirlərini belə bildirib.

“Nature” jurnalında dərc olunan inkişafa isveçrəli tədqiqatçılar rəhbərlik ediblər.

İmplant yerləşdirmək üçün həssas əməliyyatı reallaşdıran Lozan Universitetindən neyrocərrah Prof. Jocelyne Bloch, sistemin hələ də əsas tədqiqat mərhələsində olduğunu və uzun illər insult keçirən xəstələr tərəfindən istifadə edildiyini vurğuladı. Gert-Janın hərəkətini bərpa etmək üçün əməliyyat 2021-ci ilin iyulunda həyata keçirilib. Professor Bloch kəllənin hər iki tərəfində, beynin hərəkəti idarə edən sahələrinin üstündə, diametri 5 sm olan iki dairəvi deşik qazıb.

Daha sonra o, başdakı ötürücüyə qoşulmuş iki sensora beyin siqnallarını simsiz ötürən iki disk formalı implant yerləşdirib. İsveçrə komandası bu siqnalları Gert-Janın onurğa beyninə yerləşdirilmiş ikinci implant vasitəsilə ayaq və əl əzələlərini hərəkət etdirmək üçün təlimatlara çevirən alqoritm hazırlayıblar.

Sonda tədqiqatçılar Gert-Jan-ın bir neçə həftəlik məşqdən sonra gəzinti aparatının köməyi ilə ayağa qalxıb yeriyə bildiyini aşkar ediblər.

Murad Şahməmmədov