2050-ci ilə qədər 1,3 milyard insan şəkərli diabetdən əziyyət çəkəcək

2050-ci ilə qədər 1,3 milyard insan şəkərli diabetdən əziyyət çəkəcək

25 İyun 2023 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayan insanların sayı iki dəfə artacaq və 1,3 milyard insan diabetdən əziyyət çəkəcək. 2022-ci ilin rəqəmlərinə görə, dünyada 529 milyondan çox diabet xəstəsi var. Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir. Mütəxəssislər bu məlumatları narahatedici adlandıraraq, diabetin insanlar və sağlamlıq sistemləri üçün ciddi təhlükə yaratdığını, dünyada əksər xəstəlikləri üstələdiyini bildiriblər.

Murad Şahməmməd