Endokrinoloq mədəaltı vəzi üçün zərərli olan qidaları açıqlayıb

Endokrinoloq mədəaltı vəzi üçün zərərli olan qidaları açıqlayıb

4 İyul 2023 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Endokrinoloq Ekaterina Yang mədəaltı vəzi üçün zərərli olan qidaları açıqlayıb. Mədəaltı vəzi xəstəliklərində çoxları dərhal yağları pəhrizdən xaric edirlər. Bununla belə, endokrinoloq Ekaterina Yang bu yanaşmanın həmişə özünü doğrultmadığını iddia edir. Mütəxəssis sözlərininə sosial hesabında aydınlıq gətirib. O, vurğulayıb ki, mədəaltı vəzidə nasazlıq varsa, orqanizm piyləri adekvat udmaq qabiliyyətini itirir və bu yağda həll olunan vitaminlərin çatışmazlığına səbəb ola bilir. Buna görə də pəhrizinizdə kərə yağı və zeytun yağı kimi müəyyən növ yağları saxlamağı tövsiyə edirəm.

Mütəxəssis, həmçinin əsas yeməkdə ət, balıq və ya yumurtadan əldə edilə bilən kifayət qədər proteinin olmasının vacibliyini vurğulayıb. Eyni zamanda o, maya çörəyi, ağ unlu xəmir, şirniyyat, kolbasa, spirt, qazlı içkilər və qızardılmış qidaları diyetdən çıxarmağı tövsiyə edir. Pəhrizi faydalı maddələrlə zənginləşdirmək üçün həkim meyvələri giləmeyvə ilə əvəz etməyi təklif edir.

Murad Şahməmməd