Tibbin inkişafı sayəsində dişlər yenidən çıxacaq

Tibbin inkişafı sayəsində dişlər yenidən çıxacaq

5 İyul 2023 11:54
Bəyəndim (6) Bəyənmədim (0)

Yaponiyada bir araşdırma qrupu dişləri bərpa edə bilən dərmanın insanlar üzərində sınaqlarına başlamağa hazırlaşır. Dərman xüsusilə genetik xəstəliklərdən əziyyət çəkən insanlarda itirilmiş dişləri müalicə etmək üçün yeni yollar aça biləcək.

Yaponiyanın Osaka şəhərindəki Tibbi Tədqiqat İnstitutu Kitano Xəstəxanasının stomatologiya və ağız cərrahiyyəsi şöbəsinin müdiri Katsu Takahashi mətbuata açıqlamasında bildirib ki, bu dərman insanlara dişlərini yenidən bərpa etmək şansı yaradacaq.

Takahashi və onun tədqiqat qrupu neytrallaşdırıcı antikor dərman hazırladıqda, bu müalicəni ilk öncə bəzi dişsiz siçanlarda həmin dişləri yenidən böyütmək üçün həyata keçirdilər. Beləliklə, dünyada ilk diş çıxarma müalicəsini inkişaf etdirə biliblər.

Təbii ki, dərmanın heyvanlar üzərində işləməsi onun insanlar üzərində yaxşı effekt verəcəyi demək deyil. Araşdırma ilə bağlı Takahashi çox nikbindir. "Ümid edirik ki, dərmanın klinik istifadəsinə yol açacağıq" deyə tədqiqatçı bildirib.

Bununla belə, klinik sınaqlara başlamazdan əvvəl tədqiqat komandası dərmanın insanlarda təhlükəsiz olduğunu və heç bir mənfi yan təsir olmadan sınaqdan keçirilə biləcəyini nümayiş etdirməlidir.

Əgər bu baş verərsə, komanda milyonlarla xəstəyə fayda verə biləcək insan üzərində təcrübələrini də tətbiq edə biləcək.

Murad Şahməmməd