"Dünyada ən geniş yayılmış dadlandırıcı xərçəng törədir"

"Dünyada ən geniş yayılmış dadlandırıcı xərçəng törədir"

16 İyul 2023 12:58
Bəyəndim (1) Bəyənmədim (0)

"Xərçəngin öyrənilməsi üzrə Beynəlxalq Agentlik iyul ayında aspartamın insan üçün "potensial kanserogen" maddə olduğunu rəsmən açıqlamağı planlaşdırır..."

"Bu agentlik qida maddələrinin təhlükəsizliyi üzrə orqan deyil və onun icmalı elmi nöqteyi-nəzərdən hərtərəfli sayıla bilməz..."

Dünyada ən geniş yayılmış dadlandırıcı olan aspartam mümkün kanserogen maddə kimi tanına bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib. Məlumatı "Reuters" agentliyi yayıb.

Artıq iyul ayında ÜST-nin "Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agentlik" (IARS) qrupu aspartamın "insan üçün potensial kanserogen" maddə olduğunu rəsmən açıqlamağı planlaşdırır. Bu nəticəyə mövcud tədqiqatlar əsasında gəlinib.

"Mümkün" sözünə rəğmən, xərçəngə hətta kiçik ehtimal belə həmişə qorxuncdur, agentlik qeyd edib. Şəkərin əvəzləyicisi bütün dünyada çoxdandır ki, "Koka-Kola" kimi aşağı və sıfır kalorisi olan pəhriz içkilərində, habelə dondurma, saqqız və yumaq daxil olmaqla minlərlə məhsullarda istifadə edilir.

Qeyd edilir ki, "potensial kanserogen" təsnifatı bu və ya digər maddənin xərçəgə səbəb ola biləcəyinin yalnız bir neçə sübutunun mövcud olması deməkdir. Bu, həmçinin o deməkdir ki, mövcud tədqiqatların nəticələri kifayət qədər inandırıcı deyil.

Bundan yüksək olan daha iki kateqoriya mövcuddur: "ehtimal edilən kanserogen" inandırıcı sübutların olmasını, sadəcə, "kanserogen" isə belə əlaqənin olmasında konsensusun mövcudluğunu göstərir.

IARC agentliyi dəfələrlə belə qərarlara görə tənqidə məruz qalıb. Məsələn, IARC qırmızı ətdən istifadəni, həmçinin gecə növbəsində işləməyi "ehtimal edilən kanserogen", mobil telefondan istifadə etməyi isə "mümkün kanserogen" kimi təsnif edib.

IARC agentliyinin qarşıdakı bəyanatını nəzərə alsaq, qida sənayesi artıq aspartamın belə təsnifatına qarşı çıxıb.

"IARC qida maddələrinin təhlükəsizliyi üzrə orqan deyil, onların aspartam barədə icmalını elmi nöqteyi-nəzərdən hərtərəfli adlandırmaq olmaz. Bu, xeyli dərəcədə nüfuzdan salınmağa yönələn tədqiqatlara əsaslanır", - bunu Beynəlxalq Dadlandırıcılar Assosiasiyasının baş katibi Frensis Hant-Vud bəyan edib.

Aspartamın təhlükəsiz tanınmasına rəğmən, ABŞ Dərman vasitələri üzrə Federal İdarəsi (FDA) və Avropa Qida maddələrinin Təhlükəsizliyi üzrə İdarəsi (EFSA) bəyan edib ki, süni dadlandırıcı heç vaxt özünün stiqmasından (üzqaralığı) xilas olmayıb, "Reuters" qeyd edib.

Aspartamın təhlükəsiz olması o, 1970-ci illərdə təsdiq edilməsindən keçən müddət ərzində beynəlxalq tənzimləyicilər tərəfindən yoxlanılıb. 2021-ci ildə Ramassini İnstitutu tərəfindən aparılmış böyük tədqiqatın nəticələri dərc edilib.

Bu tədqiqat dadlandırıcının gəmiricilərdə xərçənglə bağlı olduğunu sübuta yetirib, lakin FDA bu tədqiqatın "əsaslandırılmış nəticə"yə gəlməyə imkan vermədiyini hesab edib.

Bu məlumatlar, habelə Fransada aspartamı xərçənglə bağlayan 100 min nəfərin iştirakı ilə aparılan müşahidəedici tədqiqat metodologiyasına görə tənqidə məruz qalıb.

Böyük mənada, hər iki tədqiqat aspartamın xeyrinə olan çoxsaylı məlumatlar içində istisna təşkil edib. Lakin IARC agentliyinin fikrincə, bu informasiya aspartamın təhlükəsizliyi ilə bağlı narahatlıq üçün yetərlidir. Moderator.az