Qablaşdırılmış toyuq məhsullarında bakteriyaları dərhal aşkarlayan qab istehsal edilib

Qablaşdırılmış toyuq məhsullarında bakteriyaları dərhal aşkarlayan qab istehsal edilib

6 İyul 2023 08:42
Bəyəndim (0) Bəyənmədim (0)

Qablaşdırılmış toyuq məhsullarında zərərli bakteriyaları anında aşkarlayan qab istehsal edilib. Kanadada tədqiqatçılar qablaşdırılmış çiy və ya bişmiş toyuq məhsullarında qida zəhərlənməsinə səbəb olan zərərli bakteriyaları dərhal aşkar edən sensor qab hazırlayıblar. "McMaster" Universitetinin rəsmi saytında dərc olunan açıqlamaya görə, universitetin tədqiqatçıları qida zəhərlənməsinə səbəb olan zərərli bakteriyaları və xəstəliklərə səbəb olan digər təhlükəli mikrobları (patogenləri) aşkar edən sensor qab hazırlayıblar.

Kənarları əyri olan sensor qab içinə qoyulan toyuq ətindən yaranan mayeni analiz edərək, mobil telefonların köməyi ilə istehlakçılara və satıcılara əllərindəki məhsulda zərərli bakteriya olub-olmadığını göstərəcək.

Qayıq formalı olan bu qab, xəstəlik törədən listeriyaları və qalın bağırsağı yoluxduran digər qida mənşəli bakteriyaları aşkar etmək üçün hazırlanıb.

Yeni texnologiyanı "həyat qurtaran" olaraq xarakterizə edən elm adamları, zərərli bakteriyalar haqqında məlumatların anında əldə edilməsinin qida məhsullarının yaratdığı sağlamlıq problemlərinin qarşısının alınmasında təsirli ola biləcəyinə diqqət çəkiblər.

Alimlər vurğuladılar ki, bu yolla səhiyyə sektorunda maliyyə qənaətinə nail olmaq olar. Hər il dünyada 600 milyon insan qidada olan zərərli bakteriyalara görə sağlamlıq problemləri yaşayır.

Xatırladaq ki, bu araşdırma məlumatı "Advanced Materials" jurnalında dərc olunub.

Murad Şahməmməd