Döş qəfəsini açmadan qapalı ürək əməliyyatı

Döş qəfəsini açmadan qapalı ürək əməliyyatı

11 İyul 2023 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq dünyanın bir çox xəstəxanalarında ya kiçik bir kəsiklə, ya da kəsiksiz əməliyyatlar aparılmağa başlanılıb. Ölkəmizdə də son illərdə ürək əməliyyatları döş qəfəs açılmadan həyata keçirilir. Bu sahədə daha inkişaf etmiş Türkiyədə qapalı əməliyyat üsulundan ən çox istifadə edən azsaylı həkimlərdən biri olan Ürək Damar Cərrahiyyəsi Mütəxəssisi Prof. Dr. Ergün Dəmirsoy son vaxtlar demək olar ki, geniş yayılan kiçik kəsiklə edilən cərrahi üsullardan danışıb. Dəmirsoy, "Dünyada ən çox danışılan mövzu açıq əməliyyatları əvəz edən qapalı əməliyyatlardır. Ürək əməliyyatlarında "Qapalı By-pass" və ya "Minimal İnvaziv By-Pass" adlı üsuldan istifadə edirəm.” deyə həkim bildirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ən çox ölüm səbəbinin ürək-damar xəstəlikləri olduğunu bildirmişdir. Dəmirsoy deyib: "Dünyada hər il təxminən 18 milyon insan ölür. Türkiyədə hər il 300 minə yaxın insan infarkt keçirir. Onların da üçdə biri, yəni 100 mini ölür. Türkiyədə 300-dən çox ürək mərkəzində hər il 80 minə yaxın açıq ürək əməliyyatı edilir. Ancaq açıq ürək əməliyyatı və by-pass əməliyyatı keçirən xəstələrin ən böyük problemi döş qəfəsidir. Döş sümüyünün kəsilməsi zamanı xəstələrin həyatına qayıtması üçün minimum 2 - 3 ay vaxt lazımdır. Biz isə qabırğaları açmadan “qapalı by-pass” üsulunu tətbiq edirik". Qapalı by-passın üstünlüklərini izah edən Prof. Dr. Dəmirsoy belə davam etdi: "Əməliyyatdan sonra heç bir sümük kəsilmədiyi üçün xəstənin çox az ağrısı olur. Reanimasiya şöbəsində və xəstəxanada qalma müddəti çox qısadır və xəstələr əsasən 4-cü gün evə rahat gedə bilirlər. Kəsik çox kiçikdir (6-8 sm). Estetik cəhətdən xəstələri çox sevindirir və bir neçə aydan sonra bu xəstələrin “mini by-pass” əməliyyatı olduğunu başa düşmək çox çətin olur. Ayaq və qoldan damar açıldıqda istifadə edilərsə, 1 sm-lik kəsikdən bütün damar endoskopik olaraq kəsiksiz kamera ilə çıxarıla bilir”...

Murad Şahməmməd