İnsultun müalicəsində perspektivli tədqiqat

İnsultun müalicəsində perspektivli tədqiqat

27 İyul 2023 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Monreal şəhərindəki elm adamları insult xəstələri üçün ümid olacaq bir araşdırmada əhəmiyyətli irəliləyiş əldə ediblər. Tədqiqatçılar arxa ayaqları iflic olan heyvanın beyninin iki yarımkürəsini növbə ilə stimullaşdırmaqla yenidən yeriməyə imkan verən interfeys hazırlayıblar.

Tədqiqatçıların "böyük heyvan modeli" adlandırdıqları preklinik tədqiqat, insana bənzər bel iflici olan daha böyük heyvan modelləri üzərində də aparılıb.

"Nəticələr o qədər qətidir ki, biz bir neçə ildən sonra klinik sınaqlara keçməyə hazırıq. Hər iki ayağın hərəkətini bərpa etmək üçün beynin sol və sağ qabığını növbə ilə stimullaşdıracağıq. Beyində alternativ stimullaşdırma başlayan kimi, stimulyasiyalar baş verir. Heyvan dərhal yenidən yeriməyə başlayacaq”, - deyə alim Martinez bildirib.

Özünün və həmkarlarının üzərində işlədiyi texnologiyanın onurğa beyninin tam zədələnmədiyi zədələr üçün keçərli olduğunu vurğulayan Martinez, “Bu texnologiya heç vaxt tam onurğa beyni zədələrinə tətbiq olunmayacaq olsa da, hər bir addım bizə bir fürsət verir. İnsanların problemlərinin həllinə az da olsa yaxındır”.

Xatırladaq ki, Martinez və komandasının işi "ScienceDirect" elmi jurnalında daha ətraflı dərc olunub.

Murad Şahməmməd