Difteriyadan ölənlərin sayı 83-ə çatıb

Difteriyadan ölənlərin sayı 83-ə çatıb

2 Avqust 2023 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Qərbi Afrika ölkələrindən olan Nigeriyada son 3 ayda difteriya epidemiyasından həyatını itirənlərin sayı 83-ə yüksəlib.

Nigeriya Milli Səhiyyə Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faysal Şuaib açıqlamasında bildirib ki, difteriya epidemiyası ölkənin müxtəlif əyalətlərinə yayılmağa davam edir.

May-iyul aylarında ölkə daxilində 836 difteriya hadisəsinin qeydə alındığını bildirən agentliyin rəhbəri, epidemiya səbəbiylə həyatını itirənlərin sayının 83-ə yüksəldiyini bildirib.

Faysal Şuaib, NPHCDA-nın Federal Səhiyyə Nazirliyi və digər tərəfdaşlarla birlikdə bu epidemiyaya effektiv cavab vermək üçün bütün lazımi resursları səfərbər etdiyini bildirdi.

Quş iflici olaraq da bilinən difteriya, "corynebacterium diphtheriae" adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.

Murad Şahməmməd