84 yaşlı qadının bətnində 40 yaşlı döl tapıldı

84 yaşlı qadının bətnində 40 yaşlı döl tapıldı

17 Avqust 2023 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın şimalındakı Duranqo ştatında maraqlı hadisə baş verib. Qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında 40 yaşlı döl aşkarlanıb. Həkimlər qadının yaşına görə cərrahi müdaxilənin riskli olduğunu bildiriblər. Meksikanın Duranqo əyalətində şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında döl aşkarlanıb. Müayinə nəticəsində dölün təxminən 40 yaşında olduğu müəyyən edilib və həkimlər uşaqlıqdan kənar hamiləlik nəticəsində körpənin 40 həftəyə qədər uşaqlıqdan kənarda inkişaf etdiyini lakin bu səbəblə qadının bətnində qaldığını bildiriblər. Hamiləliyin kəsilməsinə baxmayaraq doğum baş tutmayıb. Həkimlər dölün çıxarılması üçün istənilən cərrahi müdaxilənin qadının yaşına görə riskli olduğunu da bildiriblər. Bu maraqlı hadisə tibbi ədəbiyyatda “Litopedion” kimi təsvir edilir. Daş körpə olaraq da adlandırılan və çox nadir hallarda görülən litopedion, ektopik hamiləlik zamanı körpənin ana bətnində öldüyü, ancaq bədəndən xaric oluna bilmədiyi üçün meydana gəlir. Ana bətnində qalan körpə zamanla orqanizmin qoruyucu mexanizmi ilə əhənglənir və ölmüş dölün ananı zəhərləməsinin qarşısı alınır.

Murad Şahməmməd