İnsan beynindən 8 santimetrlik soxulcan çıxdı

İnsan beynindən 8 santimetrlik soxulcan çıxdı

29 Avqust 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyada 64 yaşlı qadının yaşadığı yaddaş itkisinin səbəbini aydınlaşdırmaq üçün «MRT» müayinəsindən sonra edilən əməliyyatda xəstənin beyninin ön hissəsindən səkkiz santimetrlik soxulcan çıxarılıb. Tədqiqatçılar bu qurdun insan beynində ilk dəfə rast gəlindiyini bildirirlər. Kanberra Xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Sanjaya Senanayake, "Bizim məlumatımıza görə, hər hansı bir məməli növünün insan beynində tapıldığı ilk hadisədir" deyə məlumat verib. Güman edilir ki, qadın bağında göyərti yığan zaman ilan nəcisindən atılan parazitlərə məruz qalıb. Avstraliyada zəhərsiz ilan növü olan xalça pitonları çox yayılmışdır. Bildirilib ki, qadın yemək üçün topladığı göyərtini qəbul etdikdən sonra qarın ağrısı, öskürək, gecə tərləməsi və ishal ilə başlayan ağrılar, sonradan unutqanlıq və depressiyaya qədər uzanan bir sıra simptomlarla özünü göstərib. 2021-ci ilin yanvarında xəstəxanaya yerləşdirilən qadın beynində "atipik lezyon" aşkar edildikdən sonra 2022-ci ilin iyununda aparılan əməliyyat ilə sağlığına qovuşub. Tibb tarixinə düşən qadının səhhətinin hazırda yaxşı olduğu bildirilib.

Avstraliya Milli Universitetinin mütəxəssisləri son 30 ildə heyvanlardan insanlara keçən 30 yeni xəstəliyin aşkar edildiyinə diqqət çəkərək, insanların heyvanların təbii yaşayış yerlərinə yaxınlaşması nəticəsində yeni yoluxucu xəstəliklərin riskinin artdığını vurğulayırlar.

Murad Şahməmməd