Əməliyyat zamanı qadının qarın boşluğunda qalan cərrahi alət 18 aydan sonra çıxarılıb

Əməliyyat zamanı qadının qarın boşluğunda qalan cərrahi alət 18 aydan sonra çıxarılıb

5 Sentyabr 2023 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Qeysəriyyə əməliyyatından sonra 18 ay ərzində xroniki ağrılardan əziyyət çəkən qadının qarnında yemək boşqabı boyda cərrahi alət tapılıb. Hadisə Yeni Zelandiyanın Oklend şəhər xəstəxanasında baş verib. 2020-ci ildə Yeni Zelandiyalı ana qeysəriyyə ilə doğuşdan sonra xroniki ağrılardan əziyyət çəkməyə başlayıb.

Hadisə 2020-ci ildə keçirilən əməliyyat zamanı bir cərrah, dörd tibb bacısı, iki anestezioloq və bir əməliyyatxana mamasının əməliyyat otağında baş verib. Ağrıları davam edən qadının tomoqrafiyasından sonra onun qarnında «retraktor» olduğu müəyyən edilib. 2021-ci ildə yenidən əməliyyat olunan qadının səhhəti bərpa olunub. Hadisə ilə bağlı ilkin araşdırmalardan sonra 20 yaşlarında olan xəstənin vəziyyəti ilə bağlı açıqlama verən Oklend şəhər xəstəxana rəsmisi hadisəni təkzib edib.

Bazar ertəsi, sentyabrın 4-də açıqlama verən Yeni Zelandiyanın Sağlamlıq və Əlillik üzrə Komissarı Morag McDowell, xəstəxananın xəstənin hüquqları qanununu pozduğunu bildirdi. Sonradan həkimlər doğum kanalının girişinin tıxanması riski səbəbiylə qadının əvvəlcədən planlaşdırılmamış qeysəriyyə əməliyyatına aparıldığını bildiriblər və xəstədən üzr istəyiblər.

Murad Şahməmməd