Avropanın ən dəyərli şirkəti arıqlayan dərman istehsalçısı oldu

Avropanın ən dəyərli şirkəti arıqlayan dərman istehsalçısı oldu

6 Sentyabr 2023 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Arıqlayan dərman istehsalçısı «Wegovy», Fransız lüks mallar holdinqi «LVMH»-ni taxtdan salaraq, Avropanın ən dəyərli şirkəti oldu. Danimarka əczaçılıq nəhəngi «Novo Nordisk» bu məşhur dərmanı Böyük Britaniyada satışa çıxardıqdan sonra səhmlər bahalaşıb. Firmanın birja dəyəri 428 milyard dollar olub.

«Wegovy» həftədə bir dəfə edilən piylənmə müalicəsindən istifadə edir ki, bu da insanların onsuz da tox olduqlarını düşünməsinə səbəb olur. Onların daha az yeməsinə və arıqlamasına gətirib çıxarır. 2021-ci ildə ABŞ tənzimləyiciləri tərəfindən təsdiqləndikdən sonra ictimaiyyəti valeh edən dərmanın istifadəçiləri arasında Elon Mask kimi məşhur adlar da var. Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür dərmanlar tez bir zamanda düzəliş və ya sağlam qidalanma və idmanın əvəzi deyil. Sınaqlarda isə istifadəçilər müalicəni dayandırdıqdan sonra tez-tez çəkilərini bərpa edirlər.

Murad Şahməmməd