Sperma və yumurta olmadan tam insan embrion modeli hazırlanıb

Sperma və yumurta olmadan tam insan embrion modeli hazırlanıb

7 Sentyabr 2023 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Kök hüceyrələrdən hazırlanan embrion modellərinin hamiləliyin naməlum erkən mərhələsinə işıq salacağı ümid edilir.

İsrailin «Wiezmann» Elm İnstitutunun alimləri insan embrionlarına bənzər, sperması, yumurtası və uşaqlığı olmayan modellər hazırlayıblar.

Laboratoriyada kök hüceyrələrdən əldə edilən və “embrion modeli” adlandırılan model əsl 14 günlük embriona bənzəyir. Embrion hətta müsbət hamiləlik testi ilə nəticələnəcək hormonlar da ifraz edir. Təbiət jurnalında dərc edilən araşdırmada, hazırlanmış sintetik embrion modellərinin plasenta, yumurta kisəsi, xorion kisəsi və digər xarici toxumalar da daxil olmaqla, bu mərhələ üçün xarakterik olan bütün struktur və bölmələrə sahib olduğu bildirilib.

İnstitutdan verilən açıqlamada prof. Yakob Hannanın rəhbərlik etdiyi tədqiqatçılar tərəfindən əldə edilən insan embrion modellərinin, embrionun sirli başlanğıclarına yeni işıq salmaq üçün görünməmiş bir fürsət yarada biləcəyi vurğulanıb.

Murad Şahməmməd