
Qışda yeni Covid-19 dalğasından qorxmalıyıq?
İyulun ortalarından etibarən Avropada yeni variantların ortaya çıxması ilə Covid-19 infeksiyalarında artım müşahidə olunur. Covid-19-un yenidən canlanması epidemiyanın hələ bitmədiyinə işarədir. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) avqustun sonunda dərc etdiyi məlumatlara görə, Avropa İttifaqı daxilində Covid-19 infeksiyalarında artım var.
Təhlil edilən 21 ölkədən 16-da, xüsusən də 80 və yuxarı yaşda olan insanlar arasında yoluxma nisbətlərində artım müşahidə olunub.
Avropanın müəyyən hissələrində ötürülmənin artdığına dair əlamətlər var. ÜST-nin Avropa Regional Direktoru Dr. Hans Kluge «Euronews»-a bildirib ki, 20 avqust 2023-cü il tarixinə Covid-19-a yoluxmaların sayı əvvəlki 28 günlə müqayisədə 11 faiz artıb.
Qış ayları üçün risk varmı?
Yavaş-yavaş yayı geridə qoyduğumuz üçün mütəxəssislər bu qış Covid-19-un yeni dalğasının mümkünlüyünə diqqət çəkirlər. Bu narahatlıq soyuq aylarda tənəffüs yoluxucu xəstəliklərin çoxalmağa meylli olduğu əvvəlki illərdəki təcrübədən irəli gəlir.
Ümumdünya Səhiyyə Təşkilatının «Euronews»-a verdiyi açıqlamada, "Payız və qış aylarında mümkün artıma hazır olmalıyıq, çünki Covid-19-un, qrip və digər respirator infeksiyalar inkişaf ehtimalı çoxdur".
Murad Şahməmməd