Süni intellekt tətbiqi «ChatGPT» 17 həkimin 3 ildə müəyyən edə bilmədiyi xəstəliyə düzgün diaqnoz qoydu

Süni intellekt tətbiqi «ChatGPT» 17 həkimin 3 ildə müəyyən edə bilmədiyi xəstəliyə düzgün diaqnoz qoydu

14 Sentyabr 2023 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

«ChatGPT» 3 il ərzində 17 həkim tərəfindən müayinə olunan dörd yaşlı uşağın xroniki xəstəliyinə düzgün diaqnoz qoyub. Bu diaqnoz sonradan digər həkimlər tərəfindən də təsdiqlənib. Süni intellekt tətbiqi «ChatGTP» Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında 17 müxtəlif həkimə müraciət edən, lakin xəstəliyi müəyyən edilə bilməyən uşağa düzgün diaqnoz qoyub.

«Chat GTP»-nin diaqnozu daha sonra həkimlər tərəfindən təsdiqlənib və uşağın müalicəsi başlayıb.

Dörd yaşlı Aleks adlı oğlan təxminən üç ildir şiddətli xroniki bədən ağrıları və böyümə geriliyindən əziyyət çəkirdi, lakin müxtəlif xəstəxanalara gedən uşağın xəstəliyini müəyyən etmək mümkün olmamışdı.

Aleksin ailəsi problemi həll edə bilməyəndə, «Motrin» adlı ağrıkəsici ilə uşağı yüngülləşdirməyə çalışsa da, bu dəfə Aleks bir çox əks təsirlərə məruz qalır və dərmanın təsiri azaldıqda ağrıları daha da artırdı.

Bundan əlavə, Aleks maraqlı əşyaları dişləməyə başlayırdı. Nə diş həkimləri və nə də ortodontistlər Aleksin xəstəliyinə diaqnoz qoya bilmədikdə, uşağın anası Kortni son çarə olaraq süni intellekt tətbiqi «ChatGTP»-ni sınamağa qərar verdi. Kortni övladı Aleksdə görülən xəstəlik əlamətlərini və MRT nəticələrini (simptomları) tətbiqə qısaca yazıb və "gir" düyməsini sıxıb. «ChatGTP» bir neçə saniyə ərzində Aleksə "tethered cord sindromu" diaqnozu qoyub. Bu diaqnoz sonradan bir neçə həkim tərəfindən təsdiqləndi və buna uyğun olaraq Aleksin müalicəsinə başlanıldı.

Murad Şahməmməd