Ağciyər xərçənginə qarşı yeni peyvənd ölüm riskini 41 faiz azalda bilər

Ağciyər xərçənginə qarşı yeni peyvənd ölüm riskini 41 faiz azalda bilər

14 Sentyabr 2023 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

«Ose İmmunotherapeutics» biotexnologiya şirkəti, inkişaf etdirdiyi xərçəng peyvəndinin bəzi ağciyər xərçəngi olan insanlarda ölüm riskini yarıya qədər azaltmaqda təsirli olduğunu açıqlayıb. Biotexnologiya şirkəti tərəfindən istehsal edilən yeni peyvənd, ağciyər xərçənginin ən ağır növlərində ölüm riskini 41 faiz azaltmağa qadirdir. «Tedopi» adlı peyvəndin bazara çıxarılmasından əvvəl son addım olan 3-cü faza klinik tədqiqatın nəticələri «Annals of Oncology» jurnalında dərc olunub.

Terapevtik faydalarının qiymətləndirildiyi bu mərhələdə vaksin, ən çox yayılmış ağciyər xərçəngi növü olan və ümumiyyətlə kimyaterapiya və şüa terapiyasına daha az həssas olan kiçik hüceyrəli olmayan ağciyər xərçəngi (QHDAK və ya adenokarsinoma) olan xəstələrə verilmişdir. Tədqiqatda doqquz Avropa ölkəsi və ABŞ-dan cəmi 219 xəstə iştirak edib, onların hamısı digər müalicələrə müqavimət göstərib. Bu xəstələrin 139-u «Tedopi» peyvəndi, qalan 80-i isə kimyaterapiya müalicəsi alıb.

Murad Şahməmməd