Şizofreniya xəstələri genetik olaraq siqaretə meylli ola bilərlər

Şizofreniya xəstələri genetik olaraq siqaretə meylli ola bilərlər

28 Sentyabr 2023 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər şizofreniya xəstələrinin siqaretə genetik meylinin olduğunu aşkar ediblər. «Medicalxpress»-in məlumatına görə, Oslo Universitetinin Norveç Psixi Araşdırma Mərkəzindən həkim Linn Rodevandın rəhbərlik etdiyi tədqiqat qrupu şizofreniya və ürək-damar xəstəliyi risk faktorları arasındakı əlaqəni araşdırıblar.

Elm adamları şizofreniya və ürək-damar xəstəliyi risk faktorlarını, xüsusən də siqaret çəkməyə başlama və bədən kütləsinin indeksi arasındakı genetik üst-üstə düşməni müəyyən ediblər.

Tədqiqatçılar, şizofreniya və siqaret arasındakı genetik üst-üstə düşmənin, şizofreniya xəstələrinin nikotinin asılılıq xüsusiyyətlərindən daha çox təsirlənə biləcəyinə işarə ediblər.

Elm adamları, xüsusilə şizofreniya xəstələrinin nikotinin daha gücləndirici təsir göstərdiyini və nikotin çatışmazlığı halında daha şiddətli “çəkilmə simptomları” göstərdiyini iddia edərək, bu insanlar üçün “siqaret çəkməyin bir növ özünümüalicə vasitəsi ola biləcəyini” ifadə ediblər.

Xatırladaq ki, Şizofreniya insanların reallığı anormal kimi şərh etdiyi və reallıq ilə qeyri-reallığı ayırd edə bilmədiyi psixi pozğunluq kimi tanınan xəstəlikdir.

Murad Şahməmməd