Amputasiya edilmiş əzaya bionik qulluq göstərilə bilər

Amputasiya edilmiş əzaya bionik qulluq göstərilə bilər

12 Oktyabr 2023 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bionik qol illərdir işləyir və istifadəçinin ağrı səviyyəsini azaldır. Onu alan ilk insan həyatın necə dəyişdiyini deyir. Təsərrüfat qəzası nəticəsində qolunu itirən qadın, bionik protezin onun həyatında necə dəyişikliyə səbəb olduğunu açıqlayıb.

Texnologiya bionik qolu istifadəçinin skeleti ilə birləşdirir, eyni zamanda sinir və əzələlərə implantasiya edilən elektrodlardan istifadə edərək onu sinir sistemi ilə əlaqələndirir.

20 il əvvəl keçirdiyi qəzadan sonra Karin şiddətli əza ağrısından əziyyət çəkirdi. Qolu amputasiya edilmiş qadın artıq orada olmayan bir əzada narahatlıq hiss edirdi. "Mənə elə gəlirdi ki, əlimi daim ətçəkən maşında saxlayıram, bu da yüksək səviyyədə stress yaradırdı və mən müxtəlif ağrıkəsicilərin yüksək dozada qəbul etməli olurdum" deyə qadın bildirib.

Bir çox insanlar adi protezə uyğunlaşmaqda çətinlik çəkirlər, çünki mexaniki bağlanma və ətraflara etibarlı nəzarət süni əzaların dəyişdirilməsində əsas problemlərdən ikisidir. Bu, uzun illər Karin üçün də belə idi. Adi protezləri narahat və etibarsız hesab edirdi. Sinir protezləri üzrə tədqiqat şöbəsinin rəhbəri professor Maks Ortiz Katalan deyir ki, «Karin inteqrasiya edilmiş cərrahi və mühəndislik yanaşması ilə quraşdırılmış bionik əlin yeni növünü alan ilk insan olub. Dirsəkdən aşağı amputasiya ilə hər şey onun üçün dəyişdi».

«Mənim üçün bu tədqiqat çox şey ifadə etdi, çünki mənə daha yaxşı bir həyat verildi» deyə Karin bildirib. Qadın, " İndi protezimə daha yaxşı nəzarət edirəm. Hər şeydən əvvəl ağrılarım azaldı. Bu gün daha az dərmana ehtiyacım var” - deyə razılıq edib.

Murad Şahməmməd