«BioNTech», istehsal etdiyi peyvəndlər səbəbindən üçüncü rübdə 900 milyon avro zərər görəcək

«BioNTech», istehsal etdiyi peyvəndlər səbəbindən üçüncü rübdə 900 milyon avro zərər görəcək

16 Oktyabr 2023 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

BioNTech, üçüncü rübdə balansdan çıxılacaq bu zərərin 2023 gəlirlərini də azaldacağını ifadə edib. Türkiyəli elm adamları Özlem Türeci və Uğur Şahinin birgə təsis etdiyi Almaniyada biotexnologiya şirkəti olan «BioNTech» ortağı «Pfizer» ilə istehsal etdiyi «Covid-19» vaksinlərindən bu ilin üçüncü rübündə 900 milyon avro itirəcəyini açıqlayıb.

«BioNTech»-in tərəfdaşı «Pfizer», cümə günü illik gəlir proqnozunu 13 faiz azaldacağını, «Covid-19» peyvəndi və müalicəsinin dəyərinin isə gözləniləndən aşağı satışlar səbəbindən 3,5 milyard dollar düşəcəyini açıqlayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl «Pfizer» üçüncü rübdə inventar silinməsi və digər xərclər üçün 5,5 milyard dollar nağdsız ödəniş tələb edəcəyini açıqlamışdı…

Murad Şahməmməd