Viagra dərmanı qan axınını artıraraq beyin sağlamlığını yaxşılaşdırmağa kömək edir

Viagra dərmanı qan axınını artıraraq beyin sağlamlığını yaxşılaşdırmağa kömək edir

24 Oktyabr 2023 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da aparılan yeni bir araşdırma göstərdi ki, cinsi zəiflik dərmanı Viagra Alzheimer xəstəliyi riskini 60 faiz azalda bilər. Alimlər bildirdilər ki, dərmanın aktiv maddəsi olan sildenafil Alzheimer xəstəliyinə səbəb olan fermenti bloklayır.

ABŞ alimləri cinsi aktivliyin müalicəsində istifadə edilən Viaqra dərmanının Alzheimer xəstəliyindən əziyyət çəkən insanların beynində böyük kütlələrdə olan fermenti blok etdiyini açıqlayıb. Mütəxəssislər həmçinin bildiriblər ki, dərman qan axınını artıraraq beyin sağlamlığını yaxşılaşdırmağa kömək edir.

Tədqiqatın aparıcı müəllifi Xingyue Huo mövzu ilə bağlı verdiyi açıqlamada, "Biz aşkar etdik ki, Viaqranın aktiv maddəsi olan sildenafil, Alzheimer xəstəliyinə tutulma riskini 60 faiz azaldır" deyə bildirib.

Digər tərəfdən, mütəxəssislər Viaqradan şüursuz istifadənin geri dönüşü olmayan sağlamlıq problemlərinə səbəb ola biləcəyi və dərmanı istifadə etməzdən əvvəl həkimə müraciət edilməli olduğu barədə xəbərdarlıq ediblər.

Bu yaxınlarda İranda 32 yaşlı kişinin Viaqra qəbul etdikdən sonra bir gözünün kor olduğu açıqlanıb. Adı açıqlanmayan şəxs yüksək dozada Viaqra qəbul etdikdən sonra sağ gözünün görmə qabiliyyətini itirib.

Sildenafil qan damarlarını rahatlaşdıraraq bədəndə mübarizə aparır. Ancaq bu təsirin bəzi hallarda gözlər kimi bədəndəki digər həssas damarlara da zərər verə biləcəyi düşünülür.

Murad Şahməmməd