Antarktidada ilk dəfə quş qripi müşahidə edilib

Antarktidada ilk dəfə quş qripi müşahidə edilib

25 Oktyabr 2023 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Alimlər Antarktidada ilk dəfə quş qripi (H5N1) virusunun aşkar edildiyini açıqlayıblar. «The Guardian»-a istinadən bildirilir ki, alimlər H5N1 virusunun Britaniyanın dəniz kənarındakı ərazisinə daxil olan Quş adasında aşkarlandığını açıqlayıblar.

Alimlər qitədə ilk dəfə rast gəlinən virusun Antarktidanın zəngin canlı populyasiyasına dağıdıcı təsir göstərə biləcəyini düşünürlər.

Britaniya Antarktika Tədqiqat İnstitutundan (BAS) Ashley Bennison, adadakı quşlardan götürülmüş nümunələrin H5N1 üçün müsbət olduğunu bildirib.

"Bu, çox acınacaqlı bir vəziyyətdir. Biz adadakı növləri mümkün qədər izləməyə davam edəcəyik, lakin bu anda virusun tam təsirindən əmin deyilik" deyə Bennison bildirib.

Antarktika Araşdırma Elmi Komitəsinin bölgəyə çatan nümayəndələri quş qripinin təsirləri ilə bağlı hazırladığı risk qiymətləndirmə hesabatında bölgədəki pinqvinlərlə yanaşı, xəz suitilər, dəniz aslanları, skua və qağayıların da risk altında olduğunu ortaya çıxarıblar.

Hesabatın aparıcı müəlliflərindən biri olan Dr Meagan Dewar, xəstəliyin yayılmasının bölgədəki vəhşi təbiətin gələcəyinə və Antarktidadan gələn canlılara dağıdıcı təsir göstərə biləcəyini söyləyib.

Murad Şahməmməd