Xəstəlikdən əziyyət çəkən və hələ də tibbi müdaxilənin edilmədiyi bölgələr çoxdur

Xəstəlikdən əziyyət çəkən və hələ də tibbi müdaxilənin edilmədiyi bölgələr çoxdur

26 Oktyabr 2023 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsinin 21 ölkəsində poliomielit hallarının olduğunu açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika direktoru Matshidiso Moeti yazılı açıqlamasında Afrikadakı poliomielit hadisələrinə diqqət çəkib. Açıqlamada qitənin 21 ölkəsində poliomielit hallarının olduğu paylaşılıb.

Açıqlamada poliomielitlə mübarizənin yetərincə olmadığı bildirilib, xəstəlikdən əziyyət çəkən və hələ də tibbi müdaxilənin edilmədiyi bölgələrin çox olduğu qeyd edilib. Digər tərəfdən, son bir ildə uşaq iflici hallarında azalma olduğu da paylaşılıb.

Poliomielit 5 yaşdan kiçik uşaqlarda baş verən və eyni adlı virusun törətdiyi xəstəlik kimi müəyyən edilir.

Virus hər 200 hadisədən birində onurğa beyninə yayılır və geri dönməz ifliclərə səbəb olur. İflic olanların 5-10 faizi tənəffüs əzələləri təsirləndikdə ölür.

Murad Şahməmməd