Uşaqların ölümünə səbəb olan öskürək siropu istehsalçısı

Uşaqların ölümünə səbəb olan öskürək siropu istehsalçısı

3 Noyabr 2023 08:50
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyada 2022-ci ildən bəri öskürək siroplarının tərkibindəki zərərli maddələr səbəbindən kəskin böyrək zədələnməsi nəticəsində dünyasını dəyişən 5 yaşa qədər uşaqların sayı 200-ü ötüb.

İndoneziyada ən azı 200 uşağın ölümünə səbəb olan öskürək siropu istehsal edən əczaçılıq şirkətinin sahibi və üç məmuru mühakimə olunub. Məhkəmə müttəhimlərə 2 il həbs və adambaşına 63 min dollar cərimə kəsib. Dinləmələr zamanı prokurorluq ittihamların əsas hədəfi olan “Afi Farma” şirkətinin meneceri Arief Prasetya Harahap üçün 9 il, digərləri üçün isə 7 il həbs cəzası istəyib. Eyni zamanda prokurorluq istehsal olunan öskürək siroplarının tərkibində “qeyri-məqbul” toksinlərin olması və istehsal mərhələsində şirkət tərəfindən lazımi testlərin aparılmaması ilə bağlı ittiham irəli sürüb.

Murad Şahməmməd