Döş xərçəngi üçün profilaktik dərman

Döş xərçəngi üçün profilaktik dərman

9 Noyabr 2023 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə hökumət döş xərçənginin qarşısının alınması istiqamətində addım atmağa hazırlaşır. Bu səbəbdən uzun illərdir xəstəliyin qarşısını almaq üçün istifadə edilən “Anastrozol” adlı dərman minlərlə qadına təklif edilərək profilaktika vasitəsi kimi istifadə olunacaq.

İllərdir süd vəzisi xərçənginin müalicəsində istifadə edilən “Anastrozol” artıq profilaktik müalicə çərçivəsində döş xərçəngi riski olan qadınlara təklif olunacaq.

Son tədqiqatlar göstərir ki, dərman orta və ya yüksək risk altında olan postmenopozal qadınlarda döş xərçəngi hallarını iki dəfə azalda bilər.

Qeyd olunur ki, “Anastrozol” patenti olmayan bir dərman olduğundan, müxtəlif şirkətlər onu çox ucuz qiymətə istehsal edib yaydıra bilirlər.

Müalicə 5 il ərzində gündə 1 mq tablet istifadə etməkdən ibarətdir.

Dərman xərçəngin qarşısının alınmasında təsirli olduğu üçün milyonlarla funt da qənaət ediləcək.

Oxuməni.az