Paytaxtdakı poliklinikalar 7 günlük iş rejiminə keçib

Paytaxtdakı poliklinikalar 7 günlük iş rejiminə keçib

17 Noyabr 2020 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər COVİD-19 infeksiyasına yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Oxuməni.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkrov məlumat verib.

Onun sözlərinə görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVİD-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Oxuməni.az