Koronavirusu 24 saat ərzində məhv edəcək dərman tapılıb

Koronavirusu 24 saat ərzində məhv edəcək dərman tapılıb

7 Dekabr 2020 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Elm dünyasını həyəcanlandıran hadisə qeydə alınıb.

Oxuməni.az xəbər verir ki, koronavirusu 24 saat ərzində məhv edən dərman tapılıb.

“MK-4482/EIDD-2801” və ya “Molnupiravir” adlı dərmanın virusun orqanizmdə çoxalma mərhələsində qarşısını aldığı aşkarlanıb.

“Nature Microbiology” dərgisində yayımlanan araşdırmaya görə, ABŞ-ın Corciya Universitetinin araşdırma komandası əvvəlcə bu dərmanın qrip virusuna qarşı güclü mübarizə apardığını kəşf edib. Daha sonra sınaqlar COVID-19 xəstələri üzərində aparılıb.

Universitetin üzvü Riçard Plemper preparatı SARS-CoV-2-nin yoluxmasını sürətlə dayandıran, ağız yolu ilə qəbul edilən mövcud dərmanın ilk nümunəsi adlandırıb. O, dərmanın pandemiyanın istiqamətini dəyişdirmək qabiliyyətində olduğunu bildirib.

Oxuməni.az