Bəzi xəstəlikləri olan adamlara koronavirusa görə peyvənd olmaz

Bəzi xəstəlikləri olan adamlara koronavirusa görə peyvənd olmaz

28 Dekabr 2020 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi xəstəlikləri olan adamlara koronavirusa görə peyvənd olunmağa icazə verilməyəcək.

Oxuməni.az xəbər verir ki, Rusiyanın səhiyyə nazirliyi bəzi xəstəlikləri olan şəxsləri qadağa siyahısına daxil edəcək.

– Vərəm xəstələri

– Kəskin respirator virus xəstəliyi keçirən

– İnsult keçirmiş xəstələr

– Kəskin sistem xəstəlikləri olanlar

– Dağınıq skleroz xəstələri

Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip, qızdırma olmamalıdır

İnfeksionist Anna Balandina izah edib ki, vaksinə qarşı orqanizmin reaksiyası qeyri-adekvat olar.

Bu insanların immuniteti artıq digər aktiv xəstəliklə mübarizəyə məşğuldur, bu halda ona ikinci virus yükləmək olmaz. Çünki peyvənddən sonra hərarət qalxır, insan özünü əzgin hiss edir. İnsult keçirmiş xəstələr üçün bu epilepsiya tutmaları ilə nəticələnə bilər.

Oxuməni.az