Böyük Britaniyada aşkar edilmiş koronavirus infeksiyası 41 ölkədə qeydə alınıb

Böyük Britaniyada aşkar edilmiş koronavirus infeksiyası 41 ölkədə qeydə alınıb

6 Yanvar 2021 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada aşkar edilmiş koronavirus infeksiyasının yüksək yoluxucu növünün yayılması artıq 41 ölkədə qeydə alınıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən nəşr olunan həftəlik epidemioloji məlumat bülletenində bildirilib.

ÜST-ün məlumatına görə, son bir həftə ərzində dünyada COVID-19-a yoluxanların sayı 4 035 226, ölənlərin sayı isə 76 017 nəfər artıb. Yeni yoluxmaların əksəriyyəti Amerika qitəsində aşkar edilib – 1 935 621. İkinci yerdə Avropa (1 553 332), üçüncü yerdə Cənub-Şərqi Asiya (208 592) qərarlaşıb. Yeddi gündə 32 898 koronaviruslu xəstənin öldüyü Avropa ölüm səviyyəsinə görə liderdir. İkinci yerdə Şimali və Cənubi Amerika (32 283), üçüncü yerdə Cənub-Şərqi Asiya (3 756) gəlir.

Oxuməni.az