Azərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb

6 Yanvar 2021 16:47
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, son sutkada 26 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2 818 nəfər vəfat edib, aktiv xəstə sayı 17 786 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, ötən müddət ərzində isə ümumilikdə 2 231 993 test aparılıb.

Oxuməni.az