Nikaha daxil olmaq istəyən 540 nəfərdə sifilis, 110 şəxsdə QİÇS aşkarlanıb

Nikaha daxil olmaq istəyən 540 nəfərdə sifilis, 110 şəxsdə QİÇS aşkarlanıb

22 Yanvar 2021 14:56
Bəyəndim (2) Bəyənmədim (0)

2020-cu il ərzində nikaha daxil olmaq istəyən 75 857 nəfər müayinədən keçib.

Oxuməni.az xəbər verir ki, müayinədən keçənlərdən 2 541 nəfərdə talassemiya daşıyıcılığı, 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 48 olub. Təkcə dekabr ayı ərzində isə 5 828 nəfərin müayinəsi aparılıb. Müayinədən keçən 217 nəfərdə talassemiya daşıyıcılığı, 50 nəfərdə sifilis, 8 nəfərdə isə QİÇS isə aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 3 olub.

2015-ci ildən indiyədək 711 221 nəfərdə qan müayinəsi aparılıb. 24 434 cütlükdən birində talassemiya daşıyıcılığı, 283 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 649 nəfərdə sifilis, 715 nəfərdə HİV(QİÇS) qeydə alınıb".