Sutka ərzində dünyada koronavirusa yoluxanların sayı 624 min nəfər artıb

Sutka ərzində dünyada koronavirusa yoluxanların sayı 624 min nəfər artıb

23 Yanvar 2021 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 624 mindən çox artıb.

Oxuməni.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 624 353 nəfər yeni koronavirusa yoluxub, 16 079 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 96 267 473, ölənlərin isə 2 082 745 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.