Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb

26 Yanvar 2021 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Oxuməni.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib, aktiv xəstə sayı 5 142 nəfərdir.